Menu

Ən təhlükəli FETÖ-culardan biri tutuldu

25.07.2016, 23:54
Ən təhlükəli FETÖ-culardan biri tutuldu

Bu gün Türkiyənin Mərmərə bölgəsinin Çetibeli ərazisində 15 iyul gecəsi Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd həyata keçirməyə çalışan ən təhlükəli qiyamçı ələ keçirilib. Axar.az xəbər verir ki, baş gizir Zəkəriyə Quzu Fətullah Gülənin Türkiyədəki ən təhlükəli imamlarından hesab olunur.

Quzu ilə bərabər, daha 3 qiyamçı (Ömər Faruk Köçmən, Əbdülhəmid Gülər, Ərkan Çıkat) da bu gün keçirilən əməliyyat zamanı ələ keçirlib. Saxlanılan son 4 FETÖ-cunun əvvəllər İzmirin Çiğlədəki Hərbi Hava Qüvvələri Komandanlığında qulluq etdiyi öyrənilib.

Qeyd edək ki, qiyamçılardan Taner Bərbər, İlyas Yaşar və Gökhan Güclü daha əvvəl həbs edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol