Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası 2016-cı il üçün ali məktəblərə imtahanlarda II-ci və III-cü ixtisas qrupları üçün keçid ballarını açıqlayıb.
Komissiyanın mətbuat xidmətindən verilən xəbər görə, hər iki qrupda keçid balları və məhdudiyyətlər eynidir.
Bildirilib ki, II və III qruplar üzrə ümumi balı 200-dən yuxarı olan abituriyentlər müsabiqəyə buraxılacaq. Həmin qruplarda istənilən bir imtahan fənni istisna olmaqla qalanlarından ayrılıqda topladığı nisbi balı da 10-dan az olmamalıdır.
Bu tələbləri ödəməyən abituriyentlər müsabiqəyə buraxılmayacaq.

Şərhlər