FETÖ lideri Fəthullah Gülən ABŞ-a müraciət edərək ölkəsinə geri qaytarılmamasını xahiş edib.
"Məni Türkiyəyə qaytarmayın. Mən və dostlarım Qərbin xidmətindəyik",- deyə o bildirib.
O, "New York Times" qəzetinə yazdığı məqaləsində açıq şəkildə ABŞ-a xidmət etdiyini bildirərək, Türkiyəyə göndərilməsinin ədalətli olmayacağını vurğulayıb:
"Qərbli demokratların mülayim müsəlmanlara ehtiyac hiss etdiyi bir vaxtda mən və xidmət göstrən dostlarımız Qərbin yanında olduq, indi bizi Türkiyəyə göndərmək ədalətli olmaz. Ərdoğana istədiyini vermək arsusu başadüşüləndir, ancaq ABŞ dirənməlidir." deyə Gülən bildirib.
AzPolitika.info


Şərhlər