Menu

Jurnalist, ölümündən qabaq Nemtsovun yaxınları ilə görüşübmüş!

27.07.2016, 14:28
Jurnalist, ölümündən qabaq Nemtsovun yaxınları ilə görüşübmüş!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kiyevdə öldürülmüş jurnalist Pavel Şeremet ölümündən 3 həftə əvvəl Moskvada Boris Nemtsovun yaxın ətrafı ilə görüşübmüş.

Bu barədə Ukraynanın baş hərbi prokuroru Anatoli Matios «Beşinci kanal» televiziyasının efirindən bəyan edib.

Prokurorun sözlərinə görə, Şeremet Moskvada həm də Aleksandr Klimenko ilə görüşüb. Klimenko Yanukoviçin prezidentliyi dövründə vergi yığımı və gəlirlər naziri postunu tutub. Bu danışığın məzmunu barəhə heç bir məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol