Azərbaycanlılar “Tərh-i No” qəzetində türklərə qarşı təhqir edici sözlərə etiraz ediblər.
İyulun 25-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyadan başlayan bu aksiyalar dünən Təbriz şəhərində də davam edib.
Aksiyada iştirak edən azərbaycanlılar türklərə qarşı işlədilən təhqiramiz ifadələrə son qoyulmasını istəyirlər.
Yüzlərcə aksiya iştirakçısı “haray haray mən türkəm” “ölüm olsun faşizmə” və “azərbaycan milləti - çəkəməz bu zilləti” kimi şüarları səsləndirirlər.
Aksiyada saxlanılanlar var, Təbriz və Urmiyada xeyli adamın saxlandığı bildirilir.
Son zamanlarda İran polisi Təbriz, Urmiya və Azərbaycanın başqa şəhərlərində keçirilən etiraz aksiyalarında 100-dən çox adamı saxlayıb.
Onların bəziləri hələ də həbsdədir.
Qeyd etməliyik ki, son zamanlarda İranın İRİB TV-2 kanalında efirə gedən “Fitilə” verlişinin aktyorları dövlət tərəfindən ödül alıblar.
Uşaqlar və yeni yetmələr üçün nəzərdə tutulan bu verilişdə türklərə təhqiramiz sözlərlə hörmətsizlik edilmişdi.
Azərbaycanlı milli fəalların dediyinə görə, İranda sistematik şəkildə uşaqlar üçün hazırlanan qəzetələr və televiziya verlişlərində açıq-aydın türklərə hörmətsizlik olunur. /Oyannews





Şərhlər