Menu

«Rusiyada 220 potensial terrorçu-kamikadze yaşayır» - Bortnikov

27.07.2016, 19:21
«Rusiyada 220 potensial terrorçu-kamikadze yaşayır» - Bortnikov

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun yaydığı məlumata görə, hal-hazırda bu ölkədə 220 nəfər potensial terrorçu-kamikadze yaşayır.

FTX direktoru qeyd edib ki, rəhbərlik etdiyi xidmət ehtimal edilən «şəhid-terrorçu»ları operativ nəzarət altında saxlayır.

««Terrorçular»la effektli mübarizə aparmaq üçün İnternetdəki nəzarətsizlik və anonimlik problemini həll etmək lazımdır. Terrorçular məhz bu imkanlardan fəal şəkildə bəhrələnirlər» - deyə, Bortnikov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol