Menu

​Türkiyədə 1684 zabit ordudan tərxis edilib

28.07.2016, 00:08
​Türkiyədə 1684 zabit ordudan tərxis edilib

Tərxis edilənlərin 149-u general və admiral, 1099 nəfəri polkovnikdir.

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 1684 zabit ordudan tərxis olunub.

"Report"un məlumatına görə, bu barədə "Resmi Qazete" xəbər verib.

Qəzetin məlumatına görə, ordudan tərxis edilənlər arasında kifayət qədər yüksək rütbəli zabitvar. Belə ki, Silahlı Qüvvələrdən tərxis olunanların 149-u general və admiral, 1099 nəfəri polkovnikdir.

O cümlədən quru qoşunlarından 87 general və 726 polkovnik, Hərbi Hava Qüvvələrindən 30 general və 314 polkovnik, Hərbi Dəniz Qüvvələrindən 32 admiral və 59 polkovnik tərxis edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol