Menu

Daha bir şəxs "SOCAR Turkey"in rəhbərliyindən uzaqlaşdırıldı

28.07.2016, 14:23
Daha bir şəxs "SOCAR Turkey"in rəhbərliyindən uzaqlaşdırıldı

"SOCAR Turkey Energy" şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.

"APA-Economics" xəbər verir ki, şirkətin baş direktorunun satınalma üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

Qeyd edək ki, bundan öncə şirkətin baş icraçı direktoru Saadettin Korkut istefa verib. Ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun evində və iş yerində axtarışlar aparılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri Anar Məmmədov (fotoda) əvəzləyib. Yeri gəlmişkən, artıq A. Məmmədov kollektivə təqdim olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol