“Azərsu” Açıq Səhmdar Cəmiyyəti kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrası çərçəvəsin Quba rayonunun Qəçrəş kəndində yeni su təchizatı sistemini istismara verib. Bu barədə “Azərsu” ASC-nin mətbuat xidməti məlumat yayıb.
Yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirmiş, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulamışdır: “Son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələriregionların inkişafına böyük təkan vermiş və əhalinin sosial vəziyyətinin yaxşılaşmasınasəbəb olmuşdur. Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir. Qəçrəşdə istismara verilən su təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfədir“.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktorunun birinci müavini Vəli Həsənov bildirmişdir ki,regionların sosial-iqtisadi inkişafı dövlət Proqramlarına uyğun olaraq regionlarda 43 şəhər və rayon mərkəzində su layihələrinin icrasına başlanmış və artıq 23 şəhərdə işlər başa çatdırılmışdır. 2016-cı ildə daha 7 rayon mərkəzində su layihələrinin icrası yekunlaşacaq, eyni zamanda Ağcabədi və Qazax şəhərlərində işlərə başlanılması nəzərdə tutulur. “Azərsu” ASC rayon mərkəzləri ilə yanaşı içməli sudan əziyyət çəkən kəndlərdə də təxirəsalınmaz tədbirlər görür: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq genişmiqyaslı işlər həyata keçirilir. 2013-cü ildə Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi uğurla başa çatdırılıb.

Açılış mərasimində çıxış edən sakinlər kəndin ən böyük qayğılarından olan içməli su məsələsinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildirmişlər.
Quba rayonunun Qəçrəş kəndində icra olunan layihə çərçivəsində mövcud magistral kəmərin 4,4 km-lik hissəsi yenidən qurulmuş, kəndin yüksəklikdə yerləşən hissəsində ümumi tutumu 600 kubmetr olam 2 su anbarı tikilmiş, kənd daxilində polietilen borularla 2 km uzunluğunda paylayıcı şəbəkə yaradılmışdır. Hazırda paylayıcı şəbəkədən evlərə çıxışların və birləşmələrin verilməsi işləri həyata keçirilir. Layihənin icrası nəticəsində Qəçrəş kəndinin yüksəklikdə yerləşən hissəsində yaşayan 1250 sakininin içməli su problemi öz həllini tapmışdır.


Şərhlər