Menu

NƏCMƏDDİN SADIQOVUN YEZNƏSİ HƏBS OLUNDU - Rüşvət alarkən!

28.07.2016, 23:00
NƏCMƏDDİN SADIQOVUN YEZNƏSİ HƏBS OLUNDU - Rüşvət alarkən!

Dərbənd Pedaqoji Kollecinin direktoru Şarafutdin Seyidov iyunun 22-də öz kabinetində rüşvət alarkən cinayət başında yaxalanıb. Virtualaz.org bildirir ki, bu barədə Dağıstanda çıxan “Çernovik”qəzeti yazıb.

Məmur Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Məlum olub ki, direktor 160 min rubl rüşvəti, Rutulski rayonunun Kufa kənd sakini Rəsul İsmayılovdan kollecə düzələrkən işini müsbət həll edəcəyinin müqabilində alıb. Lakin saxlanılan direktoru elə həmin gün ev dustaqlığına buraxıblar.

necmeddinQeyd edək ki, Şarafutdin Seyidov Azərbaycan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıqovun yeznəsi-bacısının həyat yoldaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol