Menu

Sahibkarlardan pul alan "vergi işçiləri" saxlanıldı - FOTOLAR

29.07.2016, 11:42
Sahibkarlardan pul alan "vergi işçiləri" saxlanıldı - FOTOLAR

Qazax rayonunda özlərini vergi işçisi kimi təqdim edib insanlara qarşı dələduzluq edən 3 şəxs saxlanılıb.

"Report"un qərb bürosunun verdiyi məlumata görə, onlar Qazaxda müxtəlif obyektlərə daxil olaraq satılan məhsulların keyfiyyətsiz, köhnə olduğunu deyərək sahibkarlardan müxtəlif miqdarda pul tələb ediblər.

Hər üç şəxs Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Araşdırmalar nəticəsində Bərdə rayon sakinləri Atabəy Seyidzadə, Məhəmməd Bayramov və Ağdam rayon sakini Sahib Ağayevin üzərindən Ağcabədi, Tovuz, Gəncə, Şəmkir rayonlardan toplanmış qəbzlər də götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol