Menu

Bağlanmış banklar qorunmayan əmanətləri özləri qaytaracaq? - Açıqlama

29.07.2016, 13:05
Bağlanmış banklar qorunmayan əmanətləri özləri qaytaracaq? - Açıqlama

Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı – “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərdə 40 mln. manata yaxın qorunmayan əmanət var. “Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bağlanmış bankların həmin vəsaiti sahiblərinə qaytarmaq üçün kifayət qədər imkanları var.

A.Cavadov adı çəkilən bankların ümumi öhdəliklərinin məbləği ilə bağlı suala isə belə cavab verib: “Bu rəqəm ləğvedici kimi bizə hələ ki, dəqiq məlum deyil. Məhkəmə qərarı əsasında bankların xaricdən cəlb etdiyi vəsaitlər də daxil olmaqla ümumi öhdəlikləri tezliklə məlum olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol