Menu

"Kempinski" Bakıdan gedir

29.07.2016, 19:18
"Kempinski" Bakıdan gedir

“Kempinski Hotel Badamdar” otelinin adı dəyişdirilib.

Oteldən verilən xəbərə görə, Kempinski Şirkəti və “Kempinski Otel Badamdar”ın sahibkar şirkəti 31 iyul 2016-cı il tarixindən idarəçilik müqaviləsini bitirmək üzrə ikitərəfli razılıq veriblər:

“Otel fəaliyyətini “Badamdar Hotel Baku” adı ilə tam şəkildə davam edəcək”, - oteldən bildirilib.

Xatırladaq ki, “Kempinski Hotel Badamdar”ın açılışı 2011-ci ilin sentyabrın 1-də baş tutmuşdu. O Bakıda Kempinski beynəlxalq otellər şəbəkəsinin ilk Resort oteli idi.  /fins.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol