Menu

Yerevanda müxalifətin nümayişi dağıdıldı

30.07.2016, 11:18
Yerevanda müxalifətin nümayişi dağıdıldı

Yerevanda polis müxalifətin nümayişini dağıdıb.

“İnterfaks”ın verdiyi xəbərə görə, hadisə vaxtı azı 30 nəfər xəsarət alıb, təxminən 50 nəfər isə saxlanılıb.

Bundan sonra Yerevanın küçələri polisin gücləndirilmiş dəstələri ilə mühasirəyə alınıb.

Nork xəstəxanasında polis əməkdaşları Yerevan Şəhər Şurasının üzvü Davit Sanasaryanı döyüblər.

Mitinq zamanı "İrs" partiyasından millət vəkili Armen Martirosyan da həbs olunub.

Şahidlərin sözlərinə görə, həbsdən əvvəl deputatı polis generalı Levon Yeranosyan şəxsən döyüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol