Menu

ABŞ generalı PKK-çılarla birlikdə- FOTO

30.07.2016, 21:46
ABŞ generalı PKK-çılarla birlikdə- FOTO

15 iyul dövlət çevrilişinə cəhddə iştirak edən hərbçilərin həbsinə qarşı çıxan ABŞ generalı Cozef Votel PKK-ya rəğbət bəsləyirmiş.  Axar.az xəbər verir ki,  Yaxın Şərqdə ABŞ əməliyyatlarını idarə edən CENTCOM komandanının Kobaniyə səfər etdiyi məlum olub. Ötən ay baş tutan səfər çərçivəsində general PKK/PYD döyüşçüləri ilə görüşüb, İŞİD-lə mübarizə adı altında PKK-ya açıq dəstəyini gizlətməyib.

Qeyd edilir ki, Votel ABŞ silahlarının PKK-ya çatdırılmasında da əsas rol oynayır.

Xatırladaq ki, bir neçə gün öncə Cozef Votel Türkiyədə baş verən həbslərdən narahat olduğunu demişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə “Sən kimsən? Həddini bil. Sən bu dövlətə təşəkkür etmək əvəzinə çevrilişi törədənlərin yanında yer alırsan”, deyə generala iradını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol