Menu

Beyləqanda banka hücum edildi

01.08.2016, 00:24

bank_albom_170415Azərbaycanda bank filiallarından birinə basqın edilib. Hadisə "Accessbank” QSC-nin "Beyləqan” filialında qeydə alınıb.

Tezis.az-ın məlumatına görə, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən "Accessbank” QSC-nin "Beyləqan” filialından "həyəcan” siqnalı daxil olub.

Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.

Bu zaman bankın "Beyləqan” filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.

Rəhim Nəbiyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol