Menu

Bakı-Novorossiysk neft kəməri ilə nəql dayandırıldı

01.08.2016, 12:20
Bakı-Novorossiysk neft kəməri ilə nəql dayandırıldı

Bakı-Novorossiysk neft kəməri ilə nəql dayandırılıb.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Transneft" şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Dyomin deyib.

O bildirib ki, buna İsmayıllı rayonu ərazisində 6,5 bal gücündə baş verən zəlzələ səbəb olub.

"Hazırda hadisənin kəmərin fəaliyyətinə təsiri araşdırılır", - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol