"Pandorranın qutusunu açanlar qoy sonrakı nəticələrdən heyrətlənməsinlər"."Axar.az" xəbər verir ki, bu açıqlama ilə ukraynalı politoloq Aleksey Blyuminov öz Feysbuk səhifəsində çıxış edib. O, artıq Ukraynada hər şeyin ən pis ssenari üzrə davam etdiyini bildirib: "Hər şey ən pis ssenari üzrə gedir.
Kiyev artıq müharibəni başlatmağa yaxındır. Artıq ölənlər var. Slavyansk şəhərinin meri Ştepa qaçmaq məcburiyyətində qalıb. Etirazlar isə artıq Mariupola yayıldı. Hansı ki, burada yüzlərlə insan meriyanı ələ keçirib. Bu, yalnız başlanğıcdır. Pandorranın qutusunu açanlar qoy sonrakı nəticələrdən heyrətlənməsinlər". Qeyd edək ki, bundan öncəki açıqlamasında politoloq ölkənin hazırkı gedişatla vətəndaş müharibəsindən yan keçə bilməyəcəyini söyləmişdi.


Şərhlər