Menu

Mahaçqalada partlayış olub - 13 nəfər xəsarət alıb

01.08.2016, 17:14
Mahaçqalada partlayış olub - 13 nəfər xəsarət alıb

Mahaçqalada "Layli" ziyafət zalında partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış zamanı 13 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Partlayış ziyafət zalının zirzəmisində baş verib, zərərçəkənlər isə mətbəxdə işləyən qadınlar olublar.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol