Menu

“Google” Krımı Rusiyaya verdi (FOTO)

14.04.2014, 09:52
“Google” Krımı Rusiyaya verdi (FOTO)

“Google”un xəritə xidməti göstərən “Maps” tətbiqində Krım bütöv xətlə Rusiya ərazisi kimi göstərilib

Dünyanın ən böyük axtarış sistemlərindən olan “Google” Krımı Rusiyaya verdi. ANS PRESS-in xəbərinə görə, “Google”un xəritə xidməti göstərən “Maps” tətbiqində Krım bütöv xətlə Rusiya ərazisi kimi göstərilib.

Qəribədir ki, bu sadəcə “Google”nin rus səhifəsində belədir.

Digər dillərdə olan xəritələrdə isə Ukrayna ilə Krımı ayıran xət kəsik-kəsik göstərilib.

Qeyd edək ki, “Google” analoji “əliaçıqlığı” Abxaziya üçün göstərməyib. Çünki Abxaziya ilə Gürcüstan arasındakı sərhəd hələ də qırıq-qırıq xətlə göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol