Menu

Hərbi Tibb Akademiyasının 50 əməkdaşı saxlanıldı

02.08.2016, 15:39
Hərbi Tibb Akademiyasının 50 əməkdaşı saxlanıldı

Türkiyənin paytaxtı Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasında Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində əməliyyat keçirilir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Ankara Prokurorluğu hərbi tibb müəssisəsində çalışan 98 nəfərin həbsinə order verib.

Məlumata görə, aralarında təbib zabitlərin də olduğu 50 nəfər saxlanılıb.

Xəbərdə həmçinin vurğulanıb ki, həbslərinə order verilən və hələlik saxlanılmayanlar arasında təqaüdçülər, Türkiyə Silahlı Qüvvələrindən xaric edilənlər və Ankaradan kənarda olanlar da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol