Menu

Zakir Həsənov da İrana getdi

14.04.2014, 09:57
Zakir Həsənov da İrana getdi

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumata əsasən, ikigünlük səfər zamanı Z.Həsənov iranlı həmkarı general-mayor Hüseyn Dehqan və digər rəsmilərlə görüşəcək.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol