Menu

Qax rayonunda iki kişi naməlum şəraitdə qətlə yetirilib

14.04.2014, 11:37
Qax rayonunda iki kişi naməlum şəraitdə qətlə yetirilib

Azərbaycanın Qax rayonunda dəhşətli qətl törədilib.Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Vaqif Eyvazov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Həmin ünvanda iki kişinin üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri tapılıb.

Öldürülən şəxslərin adları açıqlanmasa da, onların milliyyətcə gürcü olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol