Fransanın Le Man şəhərində yerləşən istintaq təcridxanasında məhbuslardan birinin saxladığı girovlar azad edilib.
"Report" Fransa KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransa ədliyyə naziri Jan-Jak Urvo məlumat verib.
"Le Mandakı təcridxananın ələ keçirilməsi olayı həll olunub. Personalın soyuqqanlılığı və girov götürülən həbsxana əməkdaşının fədəkarlığı sayəsində hər şey yaxşı qurtardı", - deyə nazir "Twitter" hesabında yazıb.
O, girovların azad edilməsinin detallarını qeyd etməyib.
Fransa mətbuatının yazdığına görə, təcridxanada 2 nəfəri girov götürən məhbus narkotik qaçaqmalçılığında ittiham olunub və o, girov götürdükdən sonra başqa həbsxanaya köçürülməsini tələb edib.
* * *
Fransada naməlum şəxs istintaq təcridxanasını ələ keçirib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs təcridxanada girovlar da saxlayır.
Hadisə ölkənin qərbindəki Le Man şəhərində baş verib.
KİV-in məlumatına görə, naməlum şəxs bir məhbusu və bir həbsxana əməkdaşını girov götürüb.
Hadisə yerinə xüsusi təyinatlılar yönləndirilib.


Şərhlər