Menu

Ermənistan MTX-nin İstintaq şöbəsinin rəisi işdən çıxarılıb

04.08.2016, 16:07

Armenia_parliament_051212Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq şöbəsinin rəisi Mnatsakan Maruxyan tutduğu vəzifədən azad edilib.

Bu barədə "Report" "News.am" portalına istinadən xəbər verir.

Qeyd olunur ki, bu qərar M.Maruxyanın təqaüdə çıxması ilə bağlıdır.

Bu vəzifəyə yeni təyinat da olub. Belə ki, buna qədər Ermənistan MTX-nin İstintaq şöbəsinin rəis müavini işləyən Mikael Ambartsumyan şöbə rəisi təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol