Menu

İstanbulun sabiq valisi həbs olundu

05.08.2016, 10:03
İstanbulun sabiq valisi həbs olundu

Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu həbs olunub.

Bu barədə Trend "Haber 7 " telekanalına istinadən məlumat verir.

Onu evində axtarış aparıldıqdan sonra saxlayıblar.

Keçmiş vali Fətullah Gülənin terror təşkilatına dəstək verməkdə ittiham edilir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol