Menu

Bakı Apellyasiya Məhkəməsində dava - Xəsarət alanlar var

05.08.2016, 10:28
Bakı Apellyasiya Məhkəməsində dava - Xəsarət alanlar var

Bakı Apellyasiya Məhkəməsində dava olub.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 3-də qeydə alınıb.

Məhkəmə zalında baş verən davada Bakı şəhər sakinləri – 1964-cü il təvəllüdlü Şükufə Maqsud qızı Mahmudova, onun oğlu, 1995-ci il təvəllüdlü Həsən Mahmudov və İsmayıllı rayon sakini, 1981-ci il təvəllüdlü Yaşasın Xatir oğlu Orucov bir-birilərini döyüblər. Onlar yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol