Menu

DİN-dən sabiq polis rəisinin oğlunun ölümü ilə bağlı açıqlama

05.08.2016, 11:51

yol-polisi-qezaDaxili İşlər Nazirliyi (DİN) sabiq polis rəisi Möhübbət Hüseynovun oğlunun törətdiyi qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov sabiq polis rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol