Menu

Səfirdən "Petkim"in həbs olunan əməkdaşları ilə bağlı açıqlama

05.08.2016, 12:09

trend_ismail_alper_coshkun_281015_04"Azərbaycan Türkiyənin ciddi tərəfdaş ölkəsidir, Türkiyəyə ən iri sərmayə yatıran ölkələrdən biridir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşğun bildirib: "Petkim" layihəsi də Azərbaycanın Türkiyədə reallaşdırdığı ən mühüm layihələrindəndir".

Səfirin sözlərinə görə, Türkiyədə baş verən hadisələrlə əlaqədar "Petkim"də çalışan müəyyən əməkdaşların saxlanılması ancaq hüquq çərçivəsində icra edilir: "Türkiyəyə xainlik edənlər öz cəzalarını alacaqlar, bu işdə əli olmayan, vicdanı təmiz olanlar isə haqq-ədalətə qovuşacaqlar. Dövlətimiz bu işi olduqca diqqətlə araşdırır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol