Menu

Rusiyadan Azərbaycana qızılın gizlin keçirilməsinin qarşısı alınıb

06.08.2016, 10:55
Rusiyadan Azərbaycana qızılın gizlin keçirilməsinin qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya istiqamətindən daxil olan Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama nəticəsində, həmin vətəndaşın başındakı parçadan hazırlanmış saç sancağının içindən - 44 ədəd üzük, 9 ədəd boyunbağı, 13 ədəd sırğa cütü, 5 ədəd sırğa tayı, 3 ədəd kulon və 2 ədəd əzik məmulat olmaqla, ümumi çəkisi 294,7 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol