Menu

Separatçı liderin avtomobili partladıldı - Yaralılar var - YENİLƏNİB

06.08.2016, 11:45
Separatçı liderin avtomobili partladıldı - Yaralılar var - YENİLƏNİB

Luqansk Xalq Respublikası separatçılarının lideri İqor Plotnitski yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Luqansk informasiya mərkəzi”nin yaydığı xəbərdə bildirilir.

İ. Plotnitskini Luqansk xəstəxanalarının birinə aparıblar. Avtomobilin partladılması nəticəsində Luqansk separatçılarının lideri ilə yanaşı bir neçə nəfərin yaralandığı bildirilir.

* * *

Luqanskda tanınmamış Luqansk Xalq Respublikası separatçılarının liderinin avtomobili partladılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Hazırda avtomobildə Luqansk separatçılarının lideri İqor Plotnitskinin olub-olmadığı dəqiqləşdirilir.

Yaralanmış şəxslər xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol