Menu

Mənbic şəhəri İŞİD-dən alınıb

06.08.2016, 21:18
Mənbic şəhəri İŞİD-dən alınıb

Suriyanın demokratik qüvvələri iki ildir «İslam Dövləti» qruplaşmasının (İŞİD) əlində olan Mənbic şəhərini geri alıb.

Xəbəri Suriya İnsan Haqları Monitorinq Mərkəzi yayıb.

Mənbic Suriya-Türkiyə sərhədində yerləşir. Şəhər iki il əvvəl İŞİD-in əlinə keçmişdi. Təşkilat Mənbicin mərkəzində bəzi İŞİD yaraqlılarının qaldığını da yazıb.

Mənbic İŞİD-in qalası sayılan Rakkadan Türkiyə sərhədinə və Hələbdəki bəzi bölgələrə uzanan yolların bu şəhərdən keçməsi səbəbiylə strateji yer sayılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol