Menu

Şimali Koreya ABŞ-ı nüvə zərbəsi planlaşdırmaqda günahlandırır!

07.08.2016, 13:19
Şimali Koreya ABŞ-ı nüvə zərbəsi planlaşdırmaqda günahlandırır!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Birləşmiş Ştatları qabaqlayıcı nüvə zərbəsi endirməyi planlaşdırmaqda günahlandırıb. «ND TV»-nin məlumatına görə, Pxenyanın bu bəyanatı ABŞ-ın Sakit okean rayonuna son 10 ildə ilk dəfə olaraq, B-1B srateji bombardmançıları göndərmək niyyətini elan etdikdən dərhal sonra səslənib.

Bundan əvvəl verilən xəbərə görə, bombardmançılar ötən şənbə günü Quam adasında yerləşdirilməli və buradakı B-52 bombardmançıları əvəzləməli idi. Bu barədə ABŞ HHQ nümayəndələri iyulun sonunda bəyanat yaymışdılar.

«Özünün nüvə qüvvələrini möhkəmlətmək istiqamətində atılan belə addımlar göstərir ki, Amerika imperialistləri KXDR-na qabaqlayıcı nüvə zərbəsi hazırlayırlar» - deyə, telekanal Şimali Koreya KİV-dən sitat gətirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol