Menu

Bakıda Rusiya və İran prezidentlərinin görüşü olub

08.08.2016, 17:55
Bakıda Rusiya və İran prezidentlərinin görüşü olub

Bakıda Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında görüş olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, V. Putin Tehrana son səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafında xeyli irəliləyiş baş verdiyini qeyd edib:

“Bizim dostluq münasibətlərimiz güclənir və genişlənir. Bu, iqtisadi, siyasi münasibətlərimizə, o cümlədən humanitar sferaya aiddir. Biz Azərbaycan prezidenti İlham Əliyevə bu görüşü təşkil etdiyi üçün minnətdar olmalıyıq. Bu görüş regiondakı vəziyyəti üçtərəfli formatda müzakirə etməyə imkan yaradır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol