Menu

Naxçıvan Ali Məclisinə əlavə seçkilər keçirilib

08.08.2016, 18:48
Naxçıvan Ali Məclisinə əlavə seçkilər keçirilib

Avqustun 6-da 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər keçirilib.

Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə iştirak etmək üçün 3 nəfər namizədliyini irəli sürüb. Onlardan partiya mənsubiyyətinə görə 1 nəfəri bitərəf, 2 nəfəri isə Yeni Azərbaycan Partiyasının üzvüdür.

Məlumata görə, 45 saylı Aza seçki dairəsi üzrə 6 049 seçicidən 4 828-i seçkidə iştirak edib. Bununla da seçki dairəsini əhatə edən 16 seçki məntəqəsinin hamısında seçki baş tutmuş hesab edilib.  /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol