Menu

Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olub

08.08.2016, 20:12
Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olub

Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

"Report"un məlumatına görə, söhbət zamanı Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb.

Görüşdə əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol