Menu

ABŞ ORDUSUNDA YENİ SUPERQIRICI – “F-35-lər döyüşə hazırdır”

09.08.2016, 00:02
ABŞ ORDUSUNDA YENİ SUPERQIRICI – “F-35-lər döyüşə hazırdır”

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş əməliyyatları üzrə rəhbəri, general Gerbert Karlayl bəyan edib ki, beşinci nəsil yeni “F-35 Lighting II” qırıcı təyyarəsi döyüşə tam hazırdır. Beləliklə, “F-35”, ABŞ HHQ-da “F-18 Super Hornet”, ”F-16 Fighting Falcon”, ”F-15 Strike Eagle” və “F-22 Raptor” təyyarələrinin sıralarına qoşulub.

“ABC”-nin məlumatına görə, general Karlayl döyüş cərgəsinə qəbul edilmiş yeni təyyarənin xüsusiyyətləri barəsində müsbət fikirdədir. O, qeyd edib ki, ”F-35” lazım olan bütün əsas kriteriyalara uyğun gəlir: uçuş və texniki heyət hazırdır. Bu qırıcılar havadan atəş dəstəyi, düşmən təyyarələrinin yaxalanması və məhv edilməsi kimi döyüş tapşırıqlarını yerinə yetirmək üçün maddi-texniki baxımından tamamilə təchiz edilmiş vəziyyətdir.

Yuta ştatındakı Hill aviabazasında yerləşdirilmiş, ABŞ HHQ-nin 34–cü döyüş təyyarələri eskadrilyasının 388-ci qırıcılar bölümü, 24 ədəd saz vəziyyətdə olan “F-35A” təyyarələri ilə komplekləşdirilib.

“F-35A Lighning II”- beşinci nəsil qırıcıdır. Bu cür təyyarələrin hazırlanması zamanı, digər xarakteristik keyfiyyətlərlə yanaşı, əsas aksent döyüş maşınlarının düşmənin radarlarına yaxalanmaması üzərində qurulur (Stealth- texnologiyası). Belə xüsusiyyətlərə həmçinin “F-35”-lərin xələfi sayılan və ABŞ HHQ döyüş arsenalında olan “F-22 Raptor”lar da malikdir.

Onu da qeyd etmək lazımdır ki, ”F-35” həmçinin vertikal qalxış və eniş sistemi ilə təchiz edilib və göyərtə versiyasına görə aviadaşıyanlarda yerləşdirilə bilər.

Bir sıra digər ölkələr (Böyük Britaniya, İsrail, Yaponiya, Cənubi Koreya, Avstraliya, Danimarka, Norveç, İtaliya və Hollandiya) öz HHQ-nin “F-35” qırıcıları ilə təchiz olunmasını planlaşdırırlar. ”Lockheed Martin” şirkətindən başqa layihədə “Northrop Grumman”, ”BAE Systems” və “Pratt &Whitney” kimi şirkətlər də (aviasiya mühərrikləri hazırlayan) iştirak edirlər.

Görəsən hansı təyyarə Amerikanın beşinci nəsil qırıcı təyarrələri ilə rəqabət apara bilər? Məsələn, belə bir təyyarə Rusiyanın “T-50” qırıcısıdır. Rusiyanın özündə də məhz bu təyyarənin hipotetik hava döyüşündə qələbə çalacağına şübhə etmirlər.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol