Menu

Qardaşının qayınanasnı öldürdü - Lerikdə şok olay

09.08.2016, 11:18
Qardaşının qayınanasnı öldürdü - Lerikdə şok olay

Lerik rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, avqustun 8-də axşam saatlarında Bülüdül kənd sakini 1992-ci il təvəllüdlü Ağaəli Lələyev aralarında yaranmış münaqişə zəminində qardaşının qayınanası 1966-cı il təvəllüdlü Nazqayıd Abıyevanı evlərinin yaxınlığında döş qəfəsindən bıçaqlayıb. N. Abıyeva aldığı xəsarət nəticəsində ölüb.

A. Lələyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. O, törətdiyi əməli etiraf edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol