AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İnterpolun və ABŞ-ın ən çox axtardığı narkobaronlardan biri Meksikada tutulub. O, «Poni» ləqəbi ilə tanınan Qabino Peraltidir.
İnterpolun məlumatına görə, «Poni» beynəlxalq kokain və heroin ticarəti şəbəkəsinə başçılıq edir. Onun barəsində ABŞ-a verilmək barədə sorğu qüvvədədir.
Hazırda Qabino Peralti Mexikoya gətirilib, ordan isə Birləşmiş Ştatlara göndəriləcək.


Şərhlər