Menu

Polşa və Ukrayna birgə siyasi bəyannamə hazırlayır

09.08.2016, 14:30
Polşa və Ukrayna birgə siyasi bəyannamə hazırlayır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Polşa və Ukrayna birgə siyasi bəyannamə hazırlayır. Bəyannamə avqustun axırında qəbul oluna bilər.Bu barədə bəyanatı Polşa prezidenti Anjey Dudanın xarici təmaslar üzrə dəfətəxana nümayəndəsi Kşiştof Şerski mətbuat konfransında səsləndirib.

«Prezident, Ukraynanın müstəqilliyinin 25 illik yubileyi münasibətilə keçiriləcək təntənələrə qatılacaq. Bu yubileylə bağlı biz, Polşa və Ukrayna prezidentlərinin birgə siyasi bəyannaməsini hazırlayırıq. Bəyannamə nəinki Ukraynanın müstəqilliyinin strateji əhəmiyyətini önə çəkəcək, həm də bir faktı qabardacaq ki, Polşa, dünya dövlətləri arasında Ukraynanın müstəqilliyini tanıyan ilk dövlətdir» - deyə, prezidentin yaxın yarım ildəki iş planı barədə jurnalistlərə açıqlama verən Şerski bəyan edib. Şerskinin sözlərinə görə, bu tədbir çərçivəsində prezident Dudanın Ukrayna səfirləri şurasında çıxışı gözlənilir.

Bundan başqa, Şerski xəbər verib ki, Polşa prezidenti avqust ayında həm də Qazaxıstana səfər edəcək, sonra isə Baltik dənizi, Qara Dəniz və Adriatik dənizi bölgə ölkələri başçılarının Dubrovnikidə keçiriləcək sammitinə qatılacaq. Sonrakı aylarda Polşa prezidentinin Avropa Şurası Parlament Assambleyasının Strassburqda keçiriləcək iclasında çıxışı, Macarıstana və İordaniyaya səfəri və Yaxın Şərq dövlətləri ilə təmasları planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol