Menu

“Almaniya Çinə məxsus Rusiya torpaqları haqda xatırlatdı” 

15.04.2014, 13:48
“Almaniya Çinə məxsus Rusiya torpaqları haqda xatırlatdı” 

Angela Merkel Çin rəhbərinə qiymətli bir xəritə verib...

“Çinin dövlət rəhbəri Si Tsinpin Almaniyaya rəsmi səfəri zamanı Angela Merkel ona qiymətli hədiyyə verib”. Bu haqda AzPolitika.info Avropanın “Direct NEWS” saytına istinadən xəbər verir. Məlumata görə, hədiyyə 1937-ci ildə alman xəritəşünasları tərəfindən tərtib edilmiş bir xəritə idi. Xəritənin qeyri adiliyi ondan ibarətdir ki, orada indiki Rusiyanın ərazisi hesab edilən bir çox torpaqlar - Uzaq Şərq, Tıva və Sibir Çinin tərkib hissəsi kimi göstərilir.

Bu xəritə bir çox çinlilər tərəfindən sevinclə qarşılanıb. Hazırda çinlilər Angela Merkelə təşəkkür edir və hesab edirlər ki, bu xəritə "min sözə dəyər".

Qeyd edək ki, bir sıra ekspertlər hesab edir ki, bu cür manevrlə əslində Almaniya Çinin Rusiyaya qarşı ərazi iddiasında onu dəstəklədiyinə işarə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol