Menu

PKK terror törətdi - Yaralananlar var

09.08.2016, 22:55
PKK terror törətdi - Yaralananlar var

PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətinin Liçe rayonunda hərbçilərə hücum edib.

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, türk əsgərləri silahlılara dərhal cavab atəşi açıb.

Silahlı toqquşma zamanı 3 türk əsgəri yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Yaralı əsgərlər bölgəyə göndərilmiş helikopterlərlə Diyarbəkir Hərbi Hospitalına aparılıblar. Terrorçuların zərərsizləşdirilməsi məqsədilə hava qüvvələrindən də dəstək verilməklə əməliyyat başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol