Menu

Bakı Olimpiya Stadionuna avtobus xətti açılacaq

10.08.2016, 15:00

trend_baki_olimpiya_stadionu_120615Bakı Olimpiya Stadionuna yeni avtobus xətti açılacaq.

Bu barədə "Report"a stadionun direktoru Cavid Qarayev məlumat verib.

C.Qarayev bildirib ki, bundan sonra azarkeşlər metronun "Koroğlu" stansiyasından stadiona rahat şəkildə gələ biləcəklər: "Stadionun üç nöqtəsində dayanacaq qoyulacaq. Lazımi qurumlarla danışıqlar aparılıb. Stadiona gələn azarkeşlər 15 nömrəli avtobuslardan istifadə edə biləcəklər. Stadionumuzda keçiriləcək tədbirlərdən asılı olaraq avtobusların iş qrafiki artırıla bilər. Xəttin bu həftə ərzində istifadəyə verilməsi gözlənilir".

Qeyd edək ki, Olimpiya stadionuna getmək istəyənlər "Koroğlu" metrosundan çıxdıqdan sonra piyada hərəkət edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol