Menu

"Həm Avropa, həm də ABŞ üçün əsas təhlükə Çindir"

15.04.2014, 15:55
"Həm Avropa, həm də ABŞ üçün əsas təhlükə Çindir"

“Çinin regionda daha da güclənməsi ABŞ və Aİ-nin maraqlarına xidmət etmir”

“İstər Qərb, istərsə də ABŞ Rusiyanı Çinlə üz-üzə gətirmək həvəsinə düşə bilər”. Bunu AzPolitika.info-ya Avroasiya İnstitunun ekspertlər Şurasının üzvü, Psixoloji Portretalogiya və Politalogiya Mərkəzinin rəhbəri Adığözəl Məmmədov Çinin ABŞ və Aİ tərəfindən Almaniyanın əli ilə Rusiyaya ərazi iddası irəli sürməsinə sürüklənməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sonda ABŞ və Aİ məğlub tərəf olacaq:

“Ona görə ki, istər Çin, istər Rusiya bu cür avantürist niyyətləri hesablaya biləcək və ya bunu anlaya biləcək analitik orduya sahibdir. Digər tərəfdən, Çinin regionda daha da güclənməsi ABŞ və Aİ-nin maraqlarına xidmət etmir. Rusiyanın regiondan çəkilməsi isə Avropanın zəifləməsi deməkdir. Rusiya Avropa dövlətləri üçün istehlak bazarıdır. Çin isə ucuz işçi qüvvəsi ilə bütün bu istehlak arealını tutmuş olacaq. Hesab edirəm ki, məsələnin bu tərəfini nəzərdən qaçırmamaq gərəkir. Həm Avropa, həm də ABŞ üçün əsas təhlükə Çindir. Ona görə də, bu “siyasi oyunu” ortalığa atanlar daha çox Rusiyanın və Türkiyənin Çinə yaxınlaşmasını kölgədə qoya biləcək ideyalarla çıxış etməlidirlər və zənimcə bu ideyalardan biri də slavyan - türk birliyi geopolitik konstruksiyası ola bilər”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol