Menu

Putin Sarqsyanı məlumatlandıracaq

10.08.2016, 18:49

putin-sargsyan_armyRusiya dövlət başçısı Vladimir Putin Bakıda Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilən son danışıqların nəticəsi barədə Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarqsyanı məlumatlandıracaq.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüş zamanı biz bu mövzudan yan keçə bilməzdik. Bu, Dağlıq Qarabağ münaqışəsinin nizama salınması məsələsidir. Əlbəttə, mən məmnuniyyətlə sizi Bakı görüşü haqqında məlumatlandıracam", - S.Sarqsyanla Kremldə görüş zamanı V.Putin deyib.

Moskvada Vladimir Putinlə görüş zamanı Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Rusiyanın göstərdiyi siyasi və diplomatik səylərə görə minnətdarlığını bildirib.

"Mən şəxsən sizə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın göstərdiyi səylərə görə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, burada əldə olunan razılaşmaların yerinə yetirilməsi çox vacibdir. Biz buna hazırıq", - S.Sarqsyan deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol