Menu

Türkiyədə partlayış olub - Yaralananlar var

10.08.2016, 20:43
Türkiyədə partlayış olub - Yaralananlar var

Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb. Hadisə nəticəsində çox sayda yaralıların olduğu bildirilir.

Terror baş verən əraziyə təcili yardım maşınları gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol