Menu

ABŞ-dan Türkiyə ilə Rusiyanın İŞİD-ə qarşı birləşməsinə REAKSİYA

11.08.2016, 23:16
ABŞ-dan Türkiyə ilə Rusiyanın İŞİD-ə qarşı birləşməsinə REAKSİYA

ABŞ “İslam dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizədə Rusiya ilə Türkiyənin əməkdaşlığını alqışlayır.

Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trudo bildirib.

Onun sözlərinə görə, İŞİD-ə qarşı mübarizə hamı üçün priortet olmalıdır. Amerikanın xarici siyasət idarəsinin təmsilçisi deyib ki, Ankara ilə Moskva həqiqətən İŞİD-ə qarşı səylərini birləşdirirsə, bu, düzgün addım olar.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İŞİD-ə qarşı birgə əməliyyatlar üçün Rusiya ilə müzakirələrə hazır olduqlarını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol