Menu

Velosipedlə vurulan qadın ölüb

12.08.2016, 12:21
Velosipedlə vurulan qadın ölüb

Bərdə rayonunda velosiped yoldan keçən qadını vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də saat 08 radələrində Bərdə şəhərində şəhər sakini Nicat Məmmədov idarə etdiyi velosipedlə yolu keçən həmyerlisi Əzizə Mehralıyevanı vurub. Ə.Mehralıyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb və avqustun 11-də evində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol