Menu

Rusiyada azərbaycanlı milyonçu öldürüldü

15.04.2014, 19:06
Rusiyada azərbaycanlı milyonçu öldürüldü

Bu gün səhər Krasnoyarskda daha bir azərbaycanlı iş adamı- “Mustanq” Səhmdar Cəmiyyətinin rəhbəri, “Yujnıy” bazarının və “Yemelyanovo cıdırı”nın sahibi, 60 yaşlı milyonçu Ənvər İbrahimov qətlə yetirilib.

Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk vilayəti üzrə rəisinin köməkçisi Olqa Deqid məlumat verib.

Onun sözlərinə görə, qətl hadisəsi səhər saat 7-də Ə.İbrahimovun şəhərin “Şimal mikrorayonu” adlanan ərazisindəki Vodopyanıy küçəsində yerləşən evinin qarşısında baş verib. Ona “TT” tipli tapançadan atəş açıblar: “İstintaq orqanı müxtəlif versiyaları nəzərdən keçirir. Onlardan birinə görə, bugünkü qətl bazar günü qeydə alınan başqa bir ölüm hadisəsi ilə əlaqəli ola bilər”.

Xatırladaq ki, bazar günü, aprelin 13-də Krasnoyarskda odlu silahla digər azərbaycanlı, Tovuz rayon sakini, 35 yaşlı Qaryağdı Nağıyev öldürülmüşdü. Yeri gəlmişkən, onun meyiti torpağa tapşırılmaq üçün bu gün Azərbaycana gətirilməli idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol