Menu

Azərbaycan mükafat məbləğinə görə birinci oldu – RİO 2016-DA (SİYAHI)

12.08.2016, 15:51

rio_2016_logoBraziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları çərçivəsində Olimpiya qızılına görə dünya ölkələrinin çempionlarına verdikləri pul mükafatının həcmi açıqlanıb.

"Amerikanın Səsi"nin dərc etdiyi cədvələ əsasən, Azərbaycan siyahıda birinci yerdədir. Siyahıdakı rəqəmə əsasən, Azərbaycan Olimpiya qızılına görə idmançılara 510 min dollar vərəcək. Ancaq Azərbaycan Respublikasının prezidentinin 18 iyul 2016-cı il sərəncamına uyğun olaraq birinci yerin qaliblərinə 400 min manat mükafat veriləcəyi açıqlanıb. Siyahıda yer alan ölkələr arasında Böyük Britaniya Olimpiya qızılına görə idmançılara heç bir mükafat nəzərdə tutmayıb.

Həmin siyaını milli.az-a istinadən təqdim edirik:

1) Azərbaycan 510 000 dollar

2) Tailand 314 000 dollar

3) Qazaxıstan 250 000 dollar

4) Qırğızıstan 200 000 dollar

5) Latviya 190 000 dollar

6) İtaliya 189 800 dollar

7) Özbəkistan 150 000 dollar

8) Belarus 150 000 dollar

9) Ukrayna 150 000 dollar

10) Avstraliya 126 000 dollar

11) Fransa 65 000 dollar

12) Rusiya 60 000 dollar

13) Çin 31 000 dollar

14) ABŞ 25 000 dollar

15) Almaniya 19 000 dollar

16) Britaniya 0 dollar

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol